İdman 09:18 20.08.2013

“Qəbələ”yə göz dəydi


Topaz Premyer Liqasında III tura yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

Günün oyununda “Sumqayıt” “Qəbələ”ni qəbul edib. “Qəbələ” ilk iki turda hesabda geri düşdüyü matçda “Bakı” və “İnter”i yenmişdisə (2:1, 3:2), “Sumqayıt” “Xəzər Lənkəran”dan 1 xal alıb (1:1), “Qarabağ”a uduzmuşdu (1:5). Komandanın heyətlərini və hazırlıq səviyyəsini nəzərə aldıqda hər kəs “Qəbələ”nin asan qələbə qazanacağını düşürürdü. Amma “Sumqayıt” bunun əksini sübut edib.

Hesabı 4-cü dəqiqədə açan Vüqar Əsgərov cari mövsümdə ikinci qolunu vurub. Lakin “Sumqayıt”ın üstünlüyü 8 dəqiqə davam etdi və Yannik Kamanan bərabərliyi təmin edib. Bundan sonra hər kəs “Qəbələ”nin qələbə qolunu vuracağını gözələsə də, matçın baş hakimi Orxan Məmmədov 60-cı dəqiqədə Nurlan Novruzovu kobudluqla dayandıran Vladimir Levini meydandan qovaraq qonaqların qapısına penalti təyin edib. Topa yaxanlaşan Ruslan Qurbanov “Sumqayıt”ın qələbə qolunu vurub – 2:1.

Qeyd edək ki, ilk iki oyun günündə 4 qarşılaşma baş tutacaq. “Bakı” “Rəvan”ı 5:0, “Qarabağ” “Xəzər Lənkəran”ı 2:0, AZAL “İnter”i 2:1, “Neftçi” “Simurq”u 1:0 hesabı ilə yenib.

Premyer Liqa
2013/14 mövsümü
III tur

19 avqust
Sumqayıt – Qəbələ 2:1
Qollar: Vüqar Əsgərov, 4. Ruslan Qurbanov, 62-pen – Yannik Kamanan, 12.

Qaynar.info