Dünya 17:21 06.12.2017

Qəddafinin oğlu siyasətə qayıdır: prezident olmaq iddiasındadır

Liviyanın devrilən lideri Muəmmər Qəddafinin oğlu Seyfül İslam Qəddafi 6 illik həbs cəzasından sonra siyasət meydanına atılır.

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, onun Tripolidəki terrorçu qruplaşmalara qarşı hərbi kampaniyalar başlatdığı iddia edilir.

Qeyd edək ki, bir vaxtlar Liviya taxtının vəliəhdi hesab olunan Seyfül İslam London İqtisadiyyat məktəbinin məzunudur.
 
Onun sözçülərindən biri verdiyi açıqlamada Liviyada Seyfülü dəstəkləyənlərin və ona inananların hələ də olduğunu söyləyib: "Seyfül İslam Liviyanın içindədir və 2011-ci ildə dediyi, "Liviyalıların hamısı öz torpaqlarını müdafiə etmək yolunda şəhid olmaq üçün Liviyada qalacaqlar", fikrində qərarlıdır. Sabratada İŞİD-ə, qanunsuz şəkildə ölkəyə daxil olan mühacirlərə və yağ qaçaqmalçılarına qarşı mübarizə aparanların əksəriyyəti Seyfül İslamı dəstəkləyənlər idi".

Avropa Şurasının xarici işlər departamentinin təcrübəli politoloqu Mattia Toaldo isə onun elə də ciddi bir nüfuza malik olmadığını deyib: "Baş verən siyasi proseslər onun nəzarətində deyil. Xəyal edə bilər, lakin bir mövqeyə çatması imkansızdır".

Analitiklər onun gələn il keçiriləcək prezident seçkilərində yeni bir güc olaraq ortaya çıxa biləcəyini düşünürlər. Seçimlərə qatılan diplomatlardan biri Beynəlxalq Cəza Məhkəməsinin Qəddafiyə qarşı irəli sürdüyü iddiaların onu seçkilərdən və qazanmaqdan uzaqlaşdıra bilməyəcəyini söyləyib.

Liviya və Tunisdəki sabiq avstraliyalı müdafiə attaşesi Volfqanq Pusztay da Qəddafini önəmli bir fiqur olaraq gördüyünü bildirib: "Qərbdə keçmiş rejimlə saziş bağlayan və Seyfül İslamı hakimiyyətdə görmək istəyən şirkətlər var".
 
Xatırladaq ki, Seyfül İslam Qəddafi 2011-ci ildə atası Muəmmər Qəddafinin öldürülməsindən sonra Zintan qəsəbəsində həbs olunmuş və 2017-ci ilin iyun ayında azad edilmişdi.

Çingiz Səfərli