Xəbər lenti

Qənirə Paşayeva: “Rusiyada bu qədər azərbaycanlı öldürülüb...”
Ölkə 09:45 17.10.2013

Qənirə Paşayeva: “Rusiyada bu qədər azərbaycanlı öldürülüb...”


Millət vəkili Qənirə Paşayeva Rusiyada Azərbaycanla və azərbaycanlılarla bağlı baş verən son olaylara münasibət bildirib

O, qeyd edib ki, indiyə qədər Rusiyada bu qədər azərbaycanlı öldürülüb və onlar arasında dəhşətli amansızlıqla qətlə yetirilənlər də az deyil, amma biz onları qətlə yetirənlərin nazirin qəbuluna gətirilməsi, oradakı görüntülərin KİV-ə ötürülməsi hadisəsinin şahidi olmadıq:

“Rusiyada məişət zəminində baş verən cinayət ətrafında Rusiyanın bəzi dairələrinin yaratdığı “şou”nun arxasında dayanan maraqlar görmək o qədər çətin deyil. Hər zaman olduğu kimi çox kobud, etik normalara sığmayan və qeyri-peşəkar bir “şou” idi. Dünyanın istənilən meqopolisində hər gün belə cinayətlər olur. Elə Moskvanın özündə də... Amma onların ətrafında belə isteriya yaratmırlar... Məsələn, bu gün Rusiyada bir azərbaycanlı, Ruslan Arif oğlu Qaraxanlı vəhşicəsinə öldürülüb. Günün günorta çağı paytaxtın İzmaylovo rayonu ərazisində yerləşən ticarət mərkəzinin yanında yerləşən dayanacaqda üzərində çoxsaylı bıçaq zərbələri olan kişi meyiti tapılıb. Onun küt alətlə döyüldüyü, daha sonra isə kəsici alətlə bədəninin müxtəlif yerlərinə zərbələr endirilməklə qətlə yetirildiyi məlum olub. Amma Rusiyanın nə hüquq-mühafizə orqanları nə də ki, “KİV”-ləri bu barədə “isteriya” yaratmayıblar. Açıq deyək, çünki qətlə yetirilən azərbaycanlıdır... Və onun öldürülməsi ətrafında şou Rusiyanın böyük siyasi çevrələrinin marağında deyil... Amma bir rus kökənli insanın qətlə yetirilməsi ətrafında şübhəli azərbaycanlı Orxan Zeynalov olunca əllərinə düşən fürsəti Azərbaycan, azərbaycanlılar əlehinə əldən vermədilər. Onun həbs olunması, nazirin qəbuluna gətirilməsi kimi səhnələr, onların KİV-ə gen-bol ötürülməsi isə tam bir rəzalətdir. İndiyə qədər Rusiyada bu qədər azərbaycanlı öldürülüb və onlar arasında dəhşətli amansızlıqla qətlə yetirilənlər də az deyil, amma biz onları qətlə yetirənlərin nazirin qəbuluna gətirilməsi, oradakı görüntülərin KİV-ə ötürülməsi hadisəsinin şahidi olmadıq. Bir sözlə, tam bir rəzalət. Məhkəmə olmadan bu cür addımlar hüquq aliliyi olan dövlətlərdə baş vermir.


Çox şey yazmaq olar... Azərbycan dövləti baş verən bu xoşagəlməz hadisəyə reaksiya verdi və inanırıq ki, bundan sonra da lazımlı addımlar atılacaq. Rusiyada yaşayan soydaşlarımız, azərbaycanlılar diqqətli və ehtiyatlı olmalıdırlar. Bu “şou”dan sonra bu ölkədə bir sıra “millətçi” qrupların aktivləşəcəyi istisna deyil və insanlarımız bir müddət çox ehtiyatlı olsalar yaxşıdır. Bəlkə bugünkü hadisə də bunun bir işarəsidir... Məncə, hər birimiz əslində nə baş verdiyinin və bu “isteriyanın” arxasında dayanan böyük maraqları anlaya bilirik. İnşallah bu istiqamətdə arzularına çatmazlar...”.

Modern.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->