Ölkə 18:08 17.01.2019

Xəzərdə dalğaların hündürlüyü 7.9 metrə çatır (YENİLƏNİB)

Bu gün saat 17:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Baki, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir. Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir.

***16.00

Bu gün saat 15:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir. Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti, Aran rayonlarda 4-6 dərəcə isti təşkil edir.

*** 12:40

Bu gün saat 12:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir.

Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

***09.35

Saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30-35 m/saniyədək şiddətlənib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir.