Dünya 11:50 10.07.2019

Qərbi Azərbaycanda İran hərbçilərinə hücum

İranın Qərbi Azərbaycan vilayətində hərbçilərə qarşı terror hücumu təşkil edilib.

Qaynarinfo xəbər verir ki, hadisə gecə saatlarında Piranşəhr rayonunda sərhəd ərazidə baş verib. Hücum üç əsgərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnib. Terror aktının hansı qruplaşma tərəfindən törədildiyi bilinmir.

Qeyd edək ki, Piranşəhr Azərbaycan türkləri və kürdlərin birgə yaşadığı bölgədir. Şəhərə İranın DİN rəhbəri Əbdülrz Rahmani Fəzli himayədarlıq edir. Fəzli PKK terror təşkilatının İran qolu "PEJAK"la yaxın əlaqələri ilə bilinir. PKK terrorçuları Piranşəhr rahat hərəkət edə bilir, azərbaycanlılara qarşı terror hücumlarının qarşısını atmaq üçün addımlar atılmır. Bəzi mənbələrin məlumatına görə, kürd etnik qrupu, həmçinin müəyyən qüvvələr azərbaycanlıların üstünlük təşkil etdiyi ərazilərin inkişaf etməməsi və güclənməməsi üçün maliyyə dəstəyi verir.

Gülşən