Dünya 13:02 06.06.2018

Qərbi Azərbaycanda terrorçularla atışma: ölənlər var

İranın Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qarşıdurma yaşanıb.

Qaynarinfo xəbər verir ki, gecə saatlarında baş tutan qarşıdurmada Yusif Piranə Məhbub Qurbani adlı 2 təhlükəsizlik əməkdaşı həlak olub. Çox sayda terrorçu isə zərərsizləşdirilib. 

Terrorçuların hansı qruplaşmaya aid olduğu qeyd olunmur. 

Gülşən