Dünya 18:53 15.01.2018

Qəribə xəstəlik: Hikikomori nədir?

Hikikomori adını almış xəstəlik yaponca "özünü evə qapatmaq" mənasını verir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu xəstəlikdən əziyyət çəkən insanlar günlərini evdə keçirərək sosial həyatdan, təhsil, işdən tamamilə imtina edirlər. Xüsusilə Yaponiyada müşahidə edilən bu xəstəlikdən ölkədə 1 milyon insan əziyyət çəkir. Həbsxana həyatı yaşayan bu insanlar "Müasir dövrün keşişləri" adlandırılırlar. 

Sindrom daha çox kişilərdə müşahidə olunur. Problemin səbəbi kimi pis nəticələnən münasibət, məktəbdə təcrid edilmək və s. göstərilir. Yapon ədəbiyyatında geniş yer verilən yalnızlıq, şərəf kimi anlayışlar da xəstəliyin səbəbləri arasında göstərilir. Yapon cəmiyyətində iş həyatında ciddi rəqabətin mövcud olması, insanların vəzifə, pul qazana bilmələri üçün uzun müddət təhsil almaları, işləmək məcburiyyəti də bu psixoloji vəziyyətə gətirib çıxara bilər. Yapon ailələrdə övladlara göstərilən humanist münasibət də hikikomoriyə aparan faktorlardandır.

Bu sindromdan əziyyət çəkənlər nadir hallarda aqressiv davranışlar göstərə bilərlər. Xəstəlik Yaponiyada ailələrin diqqət yetirməsi vacib olan məsələlədən hesab olunur.

Gülşən