Qətər ərəb ölkələrindən təzminat tələb edir

Qətər ərəb ölkələrindən təzminat tələb edir

Qətər Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Bəhreyndən təzminat tələb etməyə hazırlaşır.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Qətər 5 iyun tarixində bu ölkələrin sərhədləri bağlaması nəticəsində zərərçəkmiş insanların zərərlərinin qarşılanması üçün məhkəməyə müraciət edəcək. Qətər hökümətinə bağlı Milli İnsan Hüquqları Komitəsinin rəhbəri Əli Əl Merri mətbuat konfransında çıxış edib və sərhədlərin bağlanması nəticəsində çətin vəziyyətə düşən vətəndaşları üçün beynəlxalq hüquq firması ilə müqavilə imzalayacaqlarını bildirib. O qeyd edib ki, hadisədən sonra 700 şikayət daxil olub və çox sayda insan maddi zərər görüb.

Gülşən

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR