Dünya 11:29 09.09.2017

Qətər və Səudiyyə Ərəbistanı arasında növbəti uğursuz dialoq

Qətər və Səudiyyə Ərəbistanı arasında görüş uğursuzluqla nəticələnib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Qətər əmiri Şeyx Təmim Səudiyyə vəliəhdi Məhəmməd İbin Salmanla telefonla danışıb. Şeyx Təmim Körfəz böhranının həlli üçün dialoq qurulmasını tələb edib. Qətər mediasının məlumatına görə, Səudiyyə Ərəbistanı tərəfi bu təklifi müsbət qarşılayıb və Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreynlə əlaqə yaradacağını bildirib.

Səudiyyə Ərəbistanı isə telefon görüşünün keçirildiyini, lakin yayılan xəbərin təhrif olunduğunu bildirib. Xarici işlər nazirliyindən verilən açıqlamada "Rəsmi Riyad öz mövqeyini əks etdirən rəsmi açıqlama verənə qədər Qətərlə dialoq və əlaqə qurmayacaq. Görünən odur ki, Qətər höküməti dialoq məsələsində ciddi deyil və əvvəlki mövqeyini sərgiləyir" deyilib.

Qeyd edək ki, iki ölkə arasında əlaqənin ABŞ prezidenti Donald Trampın müdaxiləsi ilə qurulduğu deyilir. Tramp dünən verdiyi açıqlamasında Körfəz böhranının tezliklə sona çatacağını demişdi.

Gülşən

Qaynarinfo.Az