Ölkə 12:32 12.03.2018

Qeyri-sabit hava daha iki gün davam edəcək

"Növbət iki gündə ölkə ərazisində hava şəraitinin əsasən mülayim olacağı və yağmurlu keçəcəyi gözlənilir".

Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, martın 13-14-də havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir: "Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var".

Paytaxda müşahidə olunacaq hava şəraitinə gəlincə, mütəxəssis bildirib ki, mart ayının 13-14-də Bakı şəhərində fasilələrlə, arabir çiskinli yağış yağacaq: "Növbəti iki gündə mülayim cənub-şərq küləyi əsəcək".