Ölkə 11:45 02.09.2018

Qəza oldu, Xətaiyə su verilməsi dayandırıldı (AÇIQLAMA)

Bakının Xətai rayonunda içməli suyun verilişində fasilə yaranıb.

Qaynarinfo-nun qafqazinfo-ya istinadən xəbərinə görə, bu barədə "Azərsu"ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib:

"Xətai rayonu Şıxlınski küçəsində magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Mehmandarov və Şıxlınski küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb".