Maqazin 20:06 28.04.2019

Qəzaya düşən Mehriban Xanlarovadan xəbər var (FOTO)

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mehriban Xanlarova qəzaya düşmüşdü.

Xəstəxanaya aparılan sənətçinin vəziyyəti orta ağır idi. Bu gün yayılan məlumatda onun səhhətinin yaxşı olduğu bildirilib.

Köməkçisinin yaydığı informasiyaya görə, Xanlarova evə buraxılıb. O, mütəmadi həkim nəzarətində olacaq.

Əməkdar artist Elşən Cəbrayılov isə aktrisanın fotosunu sosial şəbəkədə paylaşıb. (Axşam.az)