Dünya 12:52 14.03.2019

Qəzaya uğrayan təyyarənin qara qutusu Fransaya göndərildi

Qəzaya düşən "Boeing 737 MAX 8"in qara qutusu Parisə göndərilib.

Qaynarinfo xəbər verir ki, Efiopiya Hava Yolları bu barədə rəsmi Twitter hesabında məlumat verib.

Məlumatda bildirilib ki, Hava Yolları Araşdırma Bürosundakı efiopiyalı heyət içiş məlumatlarının qeydiyyat cihazını (FDR) və səs qeydiyyat cihazını (CVR) araşdırmaq üçün Parisə göndərib.

Xatırladaq ki, martın 10-da Efiopiya Hava Yollarına məxsus Boeing 737 MAX 8 tipli təyyarənin qəzaya düşməsi nəticəsində 157 nəfər həyatını itirmişdi. Hadisənin ardından dünyanın bir çox ölkəsi bu tip təyyarələrin istifadəsini qadağan etmişdi.