İdman 12:43 08.06.2019

Qırğızıstan baş nazirinin keçmiş müavinini Azərbaycana səfir yollayıblar?

Qırğızıstan baş nazirinin keçmiş müavini Çolpon Sultanbekova ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə təyin edilməsi barədə yayılmış məlumatları qəti şəkildə təkzib edib.

Virtualaz.org "Veçerni Bişkek” nəşrinə istinadən xəbər verir ki, onun sözlərinə görə, siyasətçi xanıma belə bir təkliflə heç kim müraciət etməyib.

"Bu yalandır. Heç yaxınından keçən bir təklif də olmayıb. Sizə bunu tam səmimi deyirəm. Anlamıram ki. jurnalistlərə bu məlumatı kim verib. Bu barədə mənimlə heç danışan da olmayıb”, - Sultanbekova deyib.

Belə bir təklif olacağı təqdirdə isə baş nazirin keçmiş müavini buna birmənalı cavab verəcəyini bildirib: "Xeyr, öz işlərim özümə bəsdir, belə bir şey hələ ki istəmirəm”.

Qeyd edək ki, bir sıra qırğız nəşrləri şəxsi mənbələrinə istinadən Çolpon Sultanbekovanın Azərbaycana səfir göndəriləcəyini yazmışdılar
 
Çolpon Sultanbekova Qərğızıstan parlamentinin mərhum deputatı Bayaman Erkinbayevin həyat yoldaşıdır. Erkinbayev 2005-ci ildə öz evinin qarşısında killer tərəfindən qətlə yetirilmişdi.