20.01
Qırğızıstada keçirilən prezident seçkilərində səsvermə prosesi başa çatıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstan Mərkəzi Seçki Komissiyası seçkidə 3 milyon 25 min 770 seçicidən 1 milyon 577 min 255 nəfərin iştirak etdiyini elan edib.
Hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov sayılan 1 milyon 500 min səsdən 885 min 649-nu (55 faiz) qazanıb. Onun əsas rəqibi Omurbek Babanov 529 min 118 səs (33 faiz) yığıb.
***
MSK-nın məlumtına görə, seçki məntəqələrində səslərin 97 faizinin hesablanmasından sonra Jeenbekov 54,23% səslə qalib gəlir. Onun müxalifətdən olan əsas rəqibi Omurbek Babanov səslərin 33,47%-ni toplayıb. Seçicilərin seçkilərdə iştirakı 55,93% təşkil edib. İlkin məlumata görə, Qırğızıstanda seçkilərin ikinci turu olmayacaq.
Aydın
Qaynarinfo.Az
Şərhlər