Dünya 10:30 28.01.2022

Qırğızıstanla sərhəddə yenidən toqquşma: İki Tacikistan vətəndaşı öldü

Qırğızıstanla sərhəddə atışma nəticəsində iki nəfər ölüb, daha 10 Tacikistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qay7narinfo xəbər verir ki, bu haqda məlumatı Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının mətbuat xidməti yayıb.

Xatırladaq ki, ötən gecə İsfara şəhəri ərazisində iki ölkənin sərhədçiləri arasında silahlı qarşıdurma olub. Atışma zamanı 6 əsgər və 4 mülki şəxs yaralanıb.

"Bundan başqa, iki Tacikistan vətəndaşı minaatanların partlaması nəticəsində həlak olub. Onlardan biri yaşadığı evin həyətində mərmi partlaması nəticəsində, ikincisi isə təcili tibbi yardım maşınının sürücüsü Xocai Alo kəndinin mülki əhalisini xilas edərkən həlak olub”, - deyə idarədən əlavə ediblər.

Hazırda iki ölkə sərhədində vəziyyətin stabilləşdiyi vurğulanır. Hər iki tərəfin strukturlarından ibarət birgə komissiya sərhəd münaqişəsinin səbəb və amillərini öyrənir.
 
Alpər