Foto 17:04 28.01.2018

"Qırmızı kitab"a düşən quşları ovlayanlar tutuldu (FOTOLAR)

Ağsu rayonunda qanunsuz ov edən 3 nəfər saxlanılıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, saxlanılanlar "Qırmızı kitab"a düşmüş heyvanların ovlanmasında təqsirli bilinirlər.

Belə ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Kəndoba kəndinin sakinləri - 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğlu qanunsuz ov etdiklərinə görə saxlanılıblar.

Həmin şəxslər adları "Qırmızı kitab"a düşən quşları ovlayıblar. Saxlanılanlardan 3 ədəd ov tüfəngi götürülüb.