Ölkə 22:30 09.02.2019

“Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxs tutuldu

Fevralın 8-də Saatlı rayon sakini Ş.Əsgərov qanunsuz ov etdiyi üçün saxlanılıb.

DİN Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ondan 1 ədəd nömrəsi silinmiş "İJ-16" markalı tüfəng və ovladığı "Qırmızı kitab"a düşmüş 2 ədəd bəzgək quşu aşkar edilərək götürülüb.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Kürdmaşı kənd sakinləri Q.Hüseynov və T.Xəlilovdan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-63" markalı tüfənglər, habelə ovladıqları 2 ədəd dovşan aşkar edilərək götürülüb.