Ölkə 14:22 14.11.2018

Qış mövsümünə vaxtından əvvəl keçildi: Soyuqlarla əlaqədar

2018-2019-cu ilin payız-qış mövsümü ilə əlaqədar  abunəçilərin rahatlığının təminatı üçün "Azəristiliktəchizat” ASC hansı işləri görüb?

"Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Cebhe.info-ya açıqlamasında bildirilib ki, payız-qış mövsümünə vaxtından start verilib:

"Havaların soyuq keçməsi ilə əlaqədar göstəriş vermişdik ki, qrafikə uyğun olaraq dağlıq rayonlarda noyabrın ayının 1-dən, Bakı şəhər və digər rayonlarda isə noyabr ayının 11-dən məktəblər, xəstəxanalar, yaşayış binaları və s. istiliklə təmin olunsun.

Səhərə olan məlumata görə, artıq "Azəristilik” təchizatın 80 faiz qazanxanaları işə salınıb. Bu günün sonuna qədər isə qalan 20 faiz də işə düşəcək”.