Siyasət 10:47 03.12.2013

Qiymət artımına ilk reaksiya REAKSİYA

Müsavat Partiyasının başqanı İsa Qəmbər qiymət artımına münasibət bildirib.

 Musavat.com-un məlumatına görə, İsa Qəmbər bu barədə Facebook-da yazıb: “2007-ci ilin yanvarında qiymətlərin kəskin artmasına qarşı Müsavat Partiyası olaraq etiraz mitinqlərinə başladıq. Bir neçə mitinq keçirdik, amma böyük bir kütləvilik olmadı. Sabah (artıq bu gün) Milli Şuranın sessiyasında müzakirə edək, məncə dinc etiraz mitinqlərinə başlamaq lazımdır. İstənilən halda, son söz xalqındır!”.

Qaynar.info