Dünya 17:04 04.06.2018

Qiymətlər qalxdı, baş nazir istefaya getdi: etirazlar nəticə verdi

İordaniyanın baş naziri Hani Əl Mülki istefa verib.

Qaynarinfo Al Jazeera-yə istinadən xəbər verir ki, istefa Kral II Abdulla tərəfindən qəbul edilib. Baş nazir bu qərarı ölkədə qiymət artımı və yeni vergi qanunu əleyhinə təşkil edilən etirazlardan sonra qəbul edib. Mülki hökümətdəki digər nazirlərdən də istefa vermələrini istəyib. 

Kral II Abdulla yeni höküməti qurmağı Ömər Əl Rəzzaza tapşırıb. 

Qeyd edək ki, ölkədə etirazlar 4 gün idi ki, davam edirdi. Əhali Hani Əl Mülkinin istefasını və vergi qanununun ləğvini tələb edirdi.

Mülki 2016-cı ildən bəri İordaniyanın baş naziri vəzifəsini icra edirdi.

Gülşən