Foto 15:10 15.02.2019

"Qızıl Kobra" xüsusi təyinatlılarının inanılmaz təlimləri (FOTOLAR)

Hər il ənənəvi olaraq Tailand və ABŞ əsgərlərinin iştirakı ilə keçirilən "Cobra Gold" ("Qızıl Kobra") təlimi bu dəfə də inanılmaz görüntüləri ilə yadda qalıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər 1982-ci ildən bəri keçirilir. Yaxın günlərdə başlayan təlimə bu dəfə ABŞ və Tailandla birgə Sinqapur, Yaponiya, Çin, Hindistan, İndoneziya, Malayziya və Cənubi Koreyadan da çox sayda xüsusi təyinatlı qatılıb.

Təxminən 4500 ABŞ əsgərinin iştirakı ilə baş tutan təlimdə hərbçilər məhdud yemək və içki şəraitində sağ qalmağı öyrənirlər. Təlimə qatılanlar meşədə tapdıqları bitki və çiçəkləri, əqrəb, qırxayaq kimi bir çox böcəkləri yeyir, ağacların içindən çıxardıqları suyu içirlər.

Təlim zamanı Tailand ordusunun əsgərləri meşədə tapdıqları ilanın qanını ABŞ əsgərlərinə içiriblər.

"Qızıl Kobra"dan çəkilən maraqlı və inanılmaz görüntüləri təqdim edirik: