Xəbər lenti

Qızları 27 il sonra Allahverdi Bağırovun məzarı başında (VİDEO)
Video 10:52 27.11.2020

Qızları 27 il sonra Allahverdi Bağırovun məzarı başında (VİDEO)

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun hərbçi qızları atalarının işğaldan azad edilən, Ağdamda yerləşən məzarını ziyarət ediblər.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, A.Bağırovun hər iki qızı Dövlət Sərhəd Xidmətinin zabitləridir. 

DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova deyib ki, atası Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına yenidən qayıdışına görə çox xoşbəxtdir: "Atamın həmişə mənə arzuladığı peşəyə yiyələnərək bu gün fəxrlə Dövlət Sərhəd Xidmətinin zabiti olaraq məzarını ziyarət etməyimlə qürur duyuram. Bu qələbə sevincini bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Əminəm ki, 27 ildən sonra işğaldan azad edilmiş Ağdama gəlişimizlə atamın və digər şəhidlərimizin nigaran ruhları bu gün rahatlıq tapacaq”.

A.Bağırovun digər qızı, polkovnik-leytenant Zümrüd Bağırova bildirib ki, bu gün 1993-cü ildə tərk etdiyi Vətən torpağında, sonuncu dəfə 6 yaşında ziyarət etdiyi atasının məzarı önündədir: "Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə və qəhrəman döyüşçülərimizə öz dərin təşəkkürümü bildirirəm. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”.

Qeyd edək ki, Allahverdi Bağırov 1992-ci ilin 14 iyununda minaya düşərək şəhid olub. Həmin vaxt Allahverdi Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Müharibə vaxtı Bağırovun məzarının üzərinə beton tökülsə də, ona başdaşı qoyulmamışdı.

Ziyarətin videosunu təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->