Foto 16:42 03.08.2018

QMİ-dən Akif Əlizadənin babası ilə bağlı səhv (FOTOFAKT)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytında görkəmli din xadimi, Qafqaz müsəlmanlarının səkkizinci şeyxülislamı Axund Ağa Əlizadənin doğum tarixi səhv göstərilib.

Qaynarinfo-nun məlumatına görə, QMİ-nin saytında Ağa Əlizadənin doğum tarixi yanlış olaraq 1827-ci il yazılıb.

Saytda qeyd edilir ki, "O, 1827-ci ildə Bakının Pirşağı kəndində, tanınmış ruhani Axund Molla Cavadın ailəsində dünyaya göz açıb".

Görkəmli din xadiminin düzgün doğum tarixi isə 1871-ci ildir. "Şeyxülislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə" adlı kitabda (Bakı, 2014) Ağa Əlizadənin doğum tarixi barədə belə yazılıb: "O, 1871-ci ildə Bakının Pirşağı kəndində, tanınmış ruhani Axund Molla Cavadın ailəsində dünyaya göz açıb".

Qeyd edək ki, 2011-ci ildə QMİ və AMEA-nın birgə təşkilatçılığı ilə Ağa Əlizadənin anadan olmasının 140 illiyinə həsr edilmiş "Cümhuriyyətin və sovet dövrünün şeyxülislamı” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Onu da qeyd edək ki, Ağa Əlizadə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin babasıdır.