Video 17:08 28.01.2019

QNET-dən uşaqlar üçün Yeni il aksiyası (VİDEO)

QNET şirkəti növbəti xeyriyyə aksiyasını keçirib. Ənənəvi aksiya zamanı uşaqlara Yeni il hədiyyələri də verilib.

Uşaqlar istədikləri hədiyyələrin adını məktuba yazaraq poçt qutusuna atıblar. Məqsəd Yeni ildə arzuladıqları əşyaları məktub vasitəsilə Şaxta babaya göndərmək olub. Poçt qutusu isə Poçt Məntəqəsində deyil, elə sakini olduqları Ümid Yeri Uşaq Sığınacağına yerləşdirilib.

Yeni ilə bir neçə gün olmuş qlobal şirkət olan QNET ÜMİD Yeri Uşaq Sığınacağının sakinlərinə Yeni il hədiyyəsini özlərinin seçməsinə imkan yaradıb. Uşaqları müxtəlif geyimlər, oyuncaqlar, musiqi alətlərinin adlarını məktuba yazaraq poçt qutusuna atıblar. Nəhayət bayram günü Şaxta baba şirkətin işçi heyəti və müstəqil nümayəndələri ilə birgə ÜMİD Yeri Uşaq Sığınacağına gələrək onlara sevdikləri hədiyyələri təqdim edib. 
Bundan əlavə sığınacağın sakinləri üçün Yeni il şənlikləri də təşkil edilib. Müxtəlif cizgi filmi və nağıl qəhrəmanları, eləcə də Şaxta baba və Qar qızın iştirakı ilə tamaşa səhnələşdirilib. 

Uşaqlar Şaxt baba və Qar qız ilə rəqs edib, əyləniblər.