Xəbər lenti

Qocanın Fədayə Laçına yazdığı şeirlər: Sevgilim...
Ölkə 10:45 04.11.2017

Qocanın Fədayə Laçına yazdığı şeirlər: Sevgilim...

Qocanın şeiriyyata, ədəbiyyata marağı, bağlılığı vardı.

"Qaynarinfo" teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun anası Hacıqabula yas mərasiminə ezam olunmuş müxbirimizlə söhbətində deyib və onun əlyazmalarını göstərib.

Qocanın anası Svetlana xanım oğlunun sənətə, şeiriyyata marağının, bağlılığının olduğunu bildirib.

Mərhum avtoritetin şeirlərini təqdim edirik:

20 Mart 2015 (Hacıqabul)

Ey canımın can evi sevgilim!
Cahani sərvətim sənsiz bir heçdir
Çəkdirmə bu dərdli könlümə əzabi-cəfanı bəsdir.
Dəvayi-dərman yox könlümə səndən ayrısı,
Nə olar gələsən qəlb evimə şəmsdə nur saçsın
Seyr etdikcə gözlərini, qaranlığında mən itirim özümü
Alasan əllərinlə canımı, verəsən bülbüli cənnəti
Öpəsən al dodağımdan, içərəm zəhri şərabından
Deyəsən kəlmeyi eşqin şəhadətini
Ölərəm sən yolunda divanə Şəms kimi
Nə karədir xəstə qəlbim ovuna sənsiz
Alar həqiqi talib nəfəsin
Keçərəm eşqin yoluna, verərəm cümlə həyatı yarıma
Qoymaram kimsə toxuna ona
Çəkərəm hər nazını, dözərəm əzabına.

***

Sevgilim gələsən bir gün, seyr edim səni kənardan
Doymaram o cahi-cəlallı camalından
Söylərəm qəlb evimin kəlmələrin, alaram əqlini başdan
Toxunub mən sənə verərəm sərvəti dünyanı yenə
Açaram eşqin qapısın salaram qəlb evinə
Vermərəm əğyarə səni qoymaram toxuna sənə bir yad əli
Qoruyaram eşqimizi bu göz bəbəyim kimi...

***

14 aprel 2015 (Hacıqabul)

Ey mənim həyat dostum!
Necədir hali-fəğanın bilmək istər sevgili cananın
Hüzn ilə boğulan bu canımın dəvasıdır bir kəlmən
Verilən hər sözündür atəş olub süzülən gözlərindən
Ey mənim bəsirətim olan sevgilim!
Görməsə də gözlərim bir kimsələri
Aydınlıq olur cahan görüncə o gözlərini
Bitməz tükənməz oldu bu hicranın
Fəqət xoşdur çəkilən hər cəfan

***

Yenə çökür üstümə gecələrin zülməti
Arayıb axtararaq sevgilimin əllərini
Bəlkə tutar əlimdən verər təsəlli bu xəstə aşiqinə
Bəlkə görüb halımı son qoyar bu zülmünə
Amma nə fayda sözlərimdən bizə, ayırır yollar bizi
Verir öz həsrətini, alır qəlbimizi
Yazılıbmış alnımız ayrılıq günlərimiz
Gedəcək olur həsrətdə bzizim öz evimiz.

27 may 2015 23:21

Dedilər

Dedilər getmə, unut məhv edər səni
Baxdı gözlərim o üzlərə, söylədi dilim;
"Onsuz bu həyat məhv edər məni

Dedilər aldadır, atıb gedər bir gün səni
Dedim vardır onun vicdanı
Nə aldadar, nə atar.
Qoruyar məni öz canı kimi

Dedilər, vardır cəzası illər boyunca
dözməz ürəyin sevgi yoluna
Dedim, getsə də həyatım, solsa da güllərim
Gözlərəm onu ömrüm boyunca

Dedilər sevgi deyil, cavanlıq həvəsidir, aldatma özünü
Doldu gözüm, dedim şahiddir qəlbimin
allahı varsa, bir yalan yanlışım
Atsın cəhənnəm oduna yanım-alışım

Dedilər, bəs hanı o cani-könüldən gülüşlərin?
Dedim, necə gülsün o gözlər ki,
görmür cani könlümün gözlərin?

Dedilər, bəs hanı o nazi-qəmzən?
Hardadır sənin əndazəli yerişlərin, süzülən baxışların?
Dedim, o naz qəmzəni sevgim,
əndazəli yerişlərimi eşqim,
Süzülən baxışlarımı isə yaşlı gözlərim əvəz etdi.


Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->