Xəbər lenti

Siyasət 23:12 09.04.2019

Qondarma "Erməni soyqırımı" İtaliya parlamentində qəbul edilə bilər

1915-ci hadisələrinin "erməni soyqırımı” kimi tanınması üçün İtaliya parlamentinə qanun layihəsi təqdim edilib.

"Qafqazinfo” "Ensonhaber.com”a istinadən xəbər verir ki, layihəni iqtidardakı müttəfiqlər 5 Ulduz Hərəkatı və Liqa Partiyası, həmçinin müxalifətdəki Demokratik Partiya və İtaliyanın Qardaşları Partiyasının deputatları imzalayıblar.

Layihədə qeyd edilib ki, 1915-1917-ci illərdə 1,5 milyon erməninin ölməsi "soyqırım” olaraq qəbul edilməlidir.

Layihənin yaxın vaxtlarda səsverməyə çıxarılacağı gözlənilir.

Xatırladaq ki, 2015-ci ildə Roma Papası Fransisk Vatikanda keçirilən anım tədbirində "soyqırım” ifadəsini işlətməsi Türkiyə ilə İtaliya arasında siyasi böhrana səbəb olmuşdu. Türkiyə Vatikandakı səfirini geri çağırmış, 10 ay ərzində diplomatik münasibətlərin səviyyəsi endirilmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->