Foto 21:38 07.04.2019

Qonşudan aldığı qızılla 11 kişi rəqibinə qalib gəldi (FOTOLAR)

Türkiyənin Ağrı şəhərinin Doğubayazıt rayonunda evdar qadın qonşusundan aldığı borc qızılla məhəllə muxtarı seçilib.

Qaynarinfo xəbər verir ki, 31 martda keçirilən seçkilərin qalibi 40 yaşlı 2 uşaq anası Nəsimə Gül Özdəmir olub. O, seçkidə 11 kişi namizədlə mübarizə aparıb və 379 səs toplayaraq üstünlük əldə edib. 

Peşə litseyinin məzunu olan Nəsimə Gül 3 il tikiş-naxış müəllimi kimi işləyib, ailə qurandan sonra iş həyatı ilə vidalaşıb. Hər zaman qonşularının problemləri ilə maraqlanan və köməyə çatan Nəsimə Gül onların məsləhəti ilə seçkidə iştirak edib. Məhəllə sakinləri Gülün insanlara muxtarlardan daha faydalı olduğunu bildirərək ona dəstək nümayiş etdiriblər. Seçkidə iştirak etmək qərarına gələn Nəsimə Gül Özdəmir maddi vəziyyəti yaxşı olmadığı üçün qonşusundan borc qızıl alıb və sataraq afişa, seçki bülleteni çap etdirib. Doğubayazıtın yeni muxtarı bildirir ki, seçki prosesi ərzində 2 ayaqqabısı cırılıb, dəstək üçün hamıya müraciət edib.

Özdəmirin uğuru bölgədə böyük səs-küyə səbəb olub.

Gülşən