Dünya 10:12 29.09.2020

Qorbaçov gələcək ABŞ prezidentinə Rusiya ilə bağlı müraciət etdi

ABŞ-da prezident seçkisində qalib gələn şəxsdən Rusiya lideri Vladimir Putinlə təxirə salınmadan görüşməyi xahişi edirəm.


Qaynarinfoxəbər verir ki, bu sözləri keçmiş Sovet prezidenti Mixail Qorbaçov "The Times” qəzetinə verdiyi müsahibəsində deyib. Son Sovet lideri nüvə silahları yarışının nəzarətdən çıxma təhlükəsi ilə üzləşməsindən qorxduğunu dilə gətirib:


"Vəziyyət çox həyəcanvericidir. Seçkinin nəticəsi nə olursa-olsun, dialoqu davam etdirməliyik".


Qorbaçova görə, hər iki dövlətin başçılarından güclü bir təkan lazımdır.


Keçmiş prezident Rusiyanın və ABŞ-ın 1986-cı ildə İslandiyada Ronald Reyqanla apardıqları danışıqlara toxunaraq "ikinci Reykyavik" keçirmələrinin lazım olduğunu bildirib. Qorbaçov ayrıca ABŞ-ın yeni nüvə silahları yaratmaq planlarından xüsusilə narahat olduğunu da əlavə etdi.

 

Alpər