Ölkə 11:01 28.11.2020

"Qorotdel"də bu vəzifə ləğv olundu

Bakı şəhər Baş Polis İdarəsində Mətbuat xidməti vəzifəsi ləğv edilib.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, bundan öncə bu vəzifəni polis mayoru Elşad Hacıyev tuturdu. E.Hacıyev hazırda DİN Mətbuat xidmətinin şöbə rəisidir.

Bundan əlavə, Bakı şəhər BPİ tərəfindən 1993-cü ildə təsis edilən "Polis” qəzeti də fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.