Ölkə 15:01 05.03.2014

“Qoy şumlasınlar o Sovetskini”- “Bir biqeyrət, binamus belə…”

Aparıcı Aytən Səfərova “Sovetski”nin sökülməsi zamanı bir gəncin çıxışından sonra onun polislər tərəfindən saxlandığını görüb və təəssüratlarını sosial şəbəkədə bölüşüb. 

Qaynar.info mövqe.az-a istinadən bildirir ki,aparıcı həmin video çarxı izləyib, çox məyus olub: “Sovetskide bir oğlanın bəyanatlar verməsi kadrlarına baxdım. Orada işsizlik, ailəsini dolandıra bilməməsinə, üzləşdəyi çətinliklərə, məmur balalarının yağ-bal içində yaşamasına etiraz edirdi. Düzdü, başından böyük bəyanatlar da verirdi… Amma … 30 dəqiqə sonra polis gəlib, onu PPX maşınına basıb, aparanda ətrafda toplaşan bir biqeyrət, binamus belə onun müdafiəsinə heç nə eləmədi. Ona görə də qoy şumlasınlar o Sovetskini. Əgər orada belə qorxaqlar yaşayırsa… Tanrı Azərbaycanı qorusun! Gördüklərimdən şokdayam!”.