Foto 14:35 03.08.2019

Qrenlandiya 197 milyard ton buz kütləsi əridi (FOTOLAR)

Qlobal istiləşmə Qrenlandiyada 197 milyard ton buzun əriməsinə səbəb olub.

Qaynarinfo xəbər verir ki, Danimarkanın qütb tədqiqat qrupunun rəhbəri Rut Mottram bu barədə açıqlama verib. Onun sözlərinə görə, 31 iyulda 10 milyard, iyul ayı ərzində isə 197 milyard ton buz əriyib. Həmin miqdar 80 milyon olimpiya hovuzunu doldura bilər. Danimarka Meteorologiya İnstitutu adada 4 aydır sürətli ərimə prosesinin müşahidə edildiyini bildirir. Mülayim hava növbəti günlərdə də davam edəcək.

Qeyd edək ki, Qrenlandiyada 2013-cü ildə ərimə 2003-cü ildən 4 dəfə çox olub. 

Gülşən