Ölkə 17:09 10.01.2019

Quba-Xaçmaz yolunda baş vermiş ağır qəzada 4 nəfər öldü - Biri ölkə çempionudur

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 4-ə çatıb.

Qaynarinfo report-a istinadən xəbər verir ki, qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.

Qeyd edək ki, qəzada ölənlər Qasımov Coşqun Kamil oğlu, Abasov Zakir Eldəniz oğluNahid Tarıverdiyevdir. Ölənlərin ikisinin xalaoğlu olduqları və 10-cu sinifdə oxuduqları bildirilib.
 
Qasımov Coşqun Boks üzrə Respublika çempionudur.