Siyasət 13:10 23.08.2014

Qubad İbadoğlu namizədliyini geri götürür?

“Müsavat başqanlığına namizədlikdən geri çəkilə bilərəm”

“Namizədliyimi irəli sürəndən sonra kiminsə xeyrinə geri çəkilə bilərəm. Bütün ssenarilər mümkündür”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu deyib. 

Q. İbadoğlu bütün məsələlərə Müsavat başqanlığına namizədlərin irəli sürülməsi proseduru başlayandan sonra aydınlıq gələcəyini bildirib. 

O, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə münasibətlərinin normal olduğunu da qeyd edib: “Bizim münasibətlərimiz yaxşıdır, bir-birimizi çox istəyirik”. 

Qaynar.info