Ölkə 14:16 07.02.2019

Qubada ekskavator çaya düşdü, sürücünü su apardı

Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində 1 nəfər (sürücü) suya düşüb.

Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.​