Ölkə 14:47 30.07.2018

Qubanın dağlıq ərazilərində yanğın başladı

Quba rayonun dağlıq ərazilərində yanğın başlayıb.

Quba Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, Çiçi və Zərqova kəndlərində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər yerli sakinlər də cəlb olunub. 

Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir.