Foto 10:22 20.04.2019

Qubaya qar yağıb, ağaclara zərər dəyib (FOTO/VİDEO)

Quba rayonuna qar yağıb, çiçək açmış ağaclara zərər dəyib.

"Report"un verdiyi məlumata görə, gecə saatlarında Quba və şimal zonasının digər rayonlarına qar yağmağa başlayıb.

Qar meyvə ağaclarına zərər vurub. Ağacların çiçəkləri yağıntının və şaxtanın təsirindən donub.

Hazırda qarın yağıntısı davam edir.