Siyasət 09:11 10.10.2013

Qüdrət Həsənquliyev İlham Əliyevi təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev keçirilən çoxsaylı “exit-poll”un nəticələrini və seçkilərin ilkin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yer almış məlumatları əsas götürərək, İlham Əliyevin qələbəsinin şəksiz olduğunu açıqlayıb.

APA-nın məlumatına görə, Q. Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib: “Prezident seçkilərində qalib gəlmiş İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayıram.

Prezidentliyə namizəd olmuş bütün şəxsləri xalqın seçiminə hörmət edərək seçkilərin nəticələrini tanımağa və Azərbaycana düşmən kəsilmiş qüvvələr tərəfindən növbəti dəfə xalqımıza və dövlətimizə qarşı istifadə olunmalarına imkan verməməyə çağırıram”.