İdman 11:35 06.02.2014

"Ağ olimpiada": yarış başladı

Fevralın 7-də Rusiyanın Soçi şəhərində Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. Qol.Az-ın xəbərinə görə, saat 20:15-də başlanacaq mərasimə 50-dən çox ölkə liderinin qatılacağı gözlənilir.

Bu gün səhərdən isə XXII Qış Olimpiya Oyunlarının yarış proqramına start verilib. Hamıdan əvvəl - saat 10:00-da mübarizəyə kişi snoubordçular başlayıblar.

Onlar sloupstayl üzrə təsnifat mərhələsinə qatılıblar. Saat 14:00-da qadın sloupstaylı üzrə qadınlar arasında təsnifat yürüşləri olacaq. Saat 18:00-da qadın fristaylçılar moqula proqramı üzrə təsnifat mərhələsində iştirak edəcəklər.

Nəhayət, saat 19:00-da fiqurlu konkisürmənin debüt növü olan komanda yarışlarında qısa proqram üzrə qadınlar, saat 21:10-da isə kişilər mübarizəyə qoşulacaqlar.

Qaynar.info