Maqazin 19:00 30.10.2014

"Apple"-in rәhbәri hamını şok etdi - "Maviyәm"

"Apple"nin rəhbəri cinsi oriyentasiyasını açıqladı. 

Anspress-in məlumatına görə, şirkətin baş icracı direktoru Tim Kuk mavi olduğunu rəsmi şəkildə elan edib. O, bunu "Bloomberg Businessweek" jurnalındakı məqaləsində açıqlayıb. 

"Bu zamana kimi mən oriyentasiyam haqqında ictimai şəkildə danışmamışdım. İndi mən buna aydınlıq gətirmək istəyirəm. Mən mavi olmağımla fəxr edirəm. Mən bunu Allahın payı hesab edirəm".

O, deyib ki, kariyerası boyu şəxsi həyatı ilə bağlı müəyyən hissələri saxlamağa çalışıb. "Lakin uzun illər oriyentasiyamı gizləməmişəm. "Apple"dakıların çoxu mənim mavi olduğumu bilir və bu mənə olan münasibətə heç cür təsir etmir.

Mən özümü aktivist hesab etmirəm. Amma əgər kimsə "Apple"nin CEO-sunun mavi olduğunu biləndən sonra özünü olduğu kimi qəbul etməyə və ya bərabər hüquq uğrunda mübarizəyə təkan versə bu mənim həyatım üçün əhəmiyyətli olacaq". 

Qeyd edək ki, Tim Kukun oriyentasiyası haqqında şayiələr çoxdan yayılmışdı Bu ilin iyun ayında o "Apple"nin əməkdaşlarının gey paradına başçılıq edib.

Qaynar.info