"Atletiko Madrid" Bakıda - FOTOLAR

"Atletiko Madrid" Bakıda - FOTOLAR

"Bakı" futbol klubunun dəvəti ilə 3 gün ərzində Azərbaycanın qonağı olacaq "Atletiko de Madrid" klubunu gətirən təyyarə bazar günü gecə Heydər Əliyev Beynəlxalq Hava Limanında yerə enib.

Trend-in məlumatına görə, təyyarənin üzərinə "Land of Azerbaijan" sözləri həkk olunub.

Aprelin 29-da şəhər gəzintisinə olacaq ispan qonaqlar nahardan sonra "Bakı" futbol klubunun təlim-məşq bazasında planlaşdırılan "avtoqraf party" və fotosessiyaya qatılacaqlar.

Eyni məkanda mətbuat konfransı təşkil olunacaq. Media nümayəndələri önünə Dieqo Simeone, Arda Turan və Ardamel Falkao çıxacaqlar.

İspaniyanın və dünyanın ən tanınmış klubları sırasında yer alan "Atletiko de Madrid" aprelin 30-da "Bakı" futbol klubunun "Ulduzlar" komandası ilə yoldaşlıq oyunu keçirəcək. Futbol bayramı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19.00-dan start götürəcək konsert proqramı ilə başlanacaq. Müğənnilər Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Brilliant Dadaşova futbol azarkeşlərinin önündə çıxış edəcəklər.

Qaynar.info

XƏBƏRLƏR
BLOGLAR