İdman 17:08 08.05.2013

"Atletiko" azərbaycanlı futbolçunu alır

Hazirda “Atletiko”nun seleksyaçi məşqçiləri “Bakı”nın bazasında seçim işləri aparır.

“Bakı” klubunun futbolçusu “Atletiko”nun maraq dairəsinə düşüb. Anspress-in verdiyi xəbərə görə, 16 yaşlı Mahir Mədətov solaxay olması və cəldliyi ilə seçilməsi, ispanların nəzərindən qaçmayib. Odur ki, yayda bu futbolçu ilə bağlı “Baki” ilə danışıqlara başlamaq niyyətində olduqlarını bildiriblər.

Mahir 17 yaşadək futbolçulardan ibarət azərbaycan yiğmasinin aparıcı oyunçularındandır və bu səbəbdən də Bakıda oynamasına rəğmən, Premyer liqa təmsilçilərinin maraq dairəsindədir. Bundan əlavə, Türkiyə yığmasının və “Atletiko Madrid”in futbolçusu Arda Turan da Mahir Mədətovu bəyəndiyini bildirib. Arda Turan 16 yaşli fütbolçunu Azərbaycanın ulduzu adlandırıb.

“Atletiko Madrid”lə yoldaşlıq görüşündə 45 dəqiqə meydanda olan və öz oyunu ilə diqqət mərkəzinə düşən Mahir Mədətova “Qəbələ”, “Xəzər Lənkəran” və Danimarka klublarından təklif gəlsə də, o Bakıda qalacağını bildirib. 

“Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov bu xəbərə görə şərəf duyduğunu desə də, gənc futbolçuların öz üzərində işləməməsindən gileylənib.

Hazirda “Atletiko”nun seleksyaçi məşqçiləri “Bakı”nın bazasında seçim işləri aparir. Onların “İnter”, “Simurq”, “Sumqayıt”, “Kəpəz” və digər klubarin içərisindən bir neçə futbolçunu seçib İspaniyaya aparacaqları gözlənilir. 

Qaynar.info