İdman 01:40 10.04.2014

"Atletiko" Madrid və "Bavariya" yarımfinalda - YENİLƏNİB+ VİDEO

"Atletiko" Madrid və "Barselona" "Visente Kalderon"da 1/4 finalın cavab oyunu çərçivəsində mübarizəyə başlayıblar. 

“Qafqazinfo” xəbər verir ki, iki ispan klubundan yalnız biri ya 90 dəqiqə ərzində, ya da 120 dəqiqənin sonunda yarımfinal mərhələsinin vəsiqəsini təmin edəcək. İlk oyunun nəticəsi 1-1 hesablı heç heçə ilə başa çatıb.

***

Koke 5-ci dəqiqədə bu görüşdəki hesabı açıb. Artıq "Atletiko" ümumi hesabda 2-1 üstündür

***

82-ci dəqiqə gedir matçda və hesab elə 1-0 "Atletiko"Madridin xeyrinədir. Bu nəticə Madrid təmsilçisinə yarımfinal üçün artıqlaması ilə bəs edir.

***

"Atletiko"Madrid adını yarımfinala yazdırdı.

“Bavariya” öz meydanında “Mançester Yunayted”i qəbul edir. Bu cütlük arasında keçirilən ilk oyun da 1-1 hesablı bərabərliklə başa çatıb. Hər iki komandanın yarımfinala adlamaq üçün kifayət qədər şansları var.

***

İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib. Hələlik 0-0-lıq hesab qorunur. Bu nəticə səfərdə qol vurmuş "Bavariya"ya sərf edir.

***

Patris Evra hesabı açdı. "Mançester" yarımfinala yaxınlaşır.

***

"Bavariya" Manzukiçlə hesabı bərabərləşdirdi. "Mançester"in qol sevinci cəmi 2 dəqiqə çəkdi. 

***

"Bavariya" Müllerlə ikinci qola sevindi. Bu oyunda əlavə vaxt təyin olunmayacaq. Yarımfinalçının adı elə 90 dəqiqənin tamamında bəlli olacaq.

***

Robben komandasını hesaba 3-cü dəfə önə çıxardı. Artıq cütün taleyi demək olar ki həll olunub. Ötən ilin Çempionlar Liqası kubokunun sahibi "Bavariya" yarımfinalın bir addımlığındadır.

"Bavariya" yarımfinalda rəqibini gözləyir.

"Atletiko"Madrid 1-0 "Barselona"

"Bavariya" 3-1 "Mançester Yunayted"

Qaynar.info