Sənət 17:39 16.05.2016

"Axınla aşağı" filmi Kann film festivalında nümayiş etdiriləcək

Bu gün Kanndakı Azərbaycan pavilyonuna Avstriyanın LET"S CEE Beynəlxalq Film Festivalının direktorları Magdalena Zelasko və Wolfgang P. Schwelle qonaq olub.

"Report" xəbər verir ki, qonaqlara mayın 21-də Vyanada nümayişi planlaşdırılan “Axınla aşağı” bədii filmi haqqında məlumat verilib.

Qeyd edək ki, “Axınla aşağı” son üç ildə festival proqramlarında nümayiş etdirilən yüzlərlə film arasından seçilmiş 6 filmdən biri olaraq LET"S INTEGRATE! xüsusi proqramına daxil edilib.

Qısa zamanda Azərbaycan filminin nümayişinə bütün biletlər satılıb. Festivalın keçirdiyi rəy sorğusunda iştirak edənlərin 80%-i “Axınla aşağı”nı ən uğurlu film hesab edib.

Festival rəhbərliyi Azərbaycandan yeni filmləri səbirsizliklə gözlədiklərini vurğulayıb.

Xatırladaq ki, Kann Beynəlxalq Film Festivalı mayın 22-dək davam edəcək.

Qaynarinfo.az