Maqazin 00:22 16.11.2014

"Aygün Kazımova milli Merilin Monrodur"

Xalq artisti Faiq Ağayev 106.3 FM-də yayımlanan "Xalq parad"ın qonağı olub. Axşam.az-ın məlumatına görə, müğənni həmkarı Aygün Kazımovadan danışıb:

"Heç kim Aygünü mənim qədər tanımır. Onu Zülfiyyə də (xalq artisti Zülfiyyə Xanbabayeva - red.), Samir Bağırov da tanıyır, onun xasiyyətinə Namiq də (meyxanaçı Namiq Qaraçuxurlu - red.) bələd olub. Amma ən çox mən tanıyıram. O insan səhnəyə oxumaq, şou üçün gəlib. Ötən gün Rusiya telekanallarının birində Merlin Monro haqqında film gedirdi. Əsas məğzi o idi ki, Monro özü üçün bir obraz fikirləşmişdi və həmişə onunla yaşayırdı. Ancaq tək olanda o obrazın örtüyünü üzərindən götürürdü. Biz ona maska deyirik. Səhnə adamı üçün maskalanmaq, obraza girmək normaldır. Aygün o mənada bizim milli Merilin Monromuzdur.O, dinləyicilərinə, tamaşaçılarına nağıl bəxş edir. Onun illərdir formalaşmış obrazı var: şıltaq, yenilikci, ərköyün, xalqın sevimlisi".

Qaynar.info