Xəbər lenti

"Ayıq sürücü" maşından 5000 manat oğurladı (VİDEO)
Ölkə 22:54 18.07.2017

"Ayıq sürücü" maşından 5000 manat oğurladı (VİDEO)

Avtomobildən pul oğurlayan ayıq sürücü tutulub.

Abşeron rayon polis idarəsinə müraciət edən vətəndaş ayıq sürücü xidmətindən istifadə edərkən sürücü onun avtomobilindən 5000 manat pul oğurladığını bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsi müəyyən etmək mümkün olub.

Bakının Nərimanov rayonunda yaşayan 23 yaşlı Nicat Kamalov şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilib.

Saxlanılan Nicat Kamalov "ARB TV"yə bildirib ki, ayıq sürücü kimi fəaliyyət göstərib: "Sumqayıtda restoranda dayanmışdım. Bir nəfər çağırdı ki, bu müəllim içkilidir, maşınını idarə elə apar. Mən də həmin adamı götürdüm, Masazıra getdik. Orada gördüm ki, maşında pul var, ehtiyacım olduğu üçün götürdüm. Maşının sahibi də çox içkili idi, durğuza bilmədim. Maşında qoydum getdim".

Ehtiyaclarını başqasının pulu ilə ödəmək istəyən Nicat Kamalov avtomobildən götürdüyü pulun 500 manatını xərcləməyə imkan tapıb. Qalan məbləğ isə polis tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.


Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->