İdman 21:18 22.05.2013

"Azərbaycanlılar əla uşaqlardır!"

Yuri Syomin: "Mən çoxdandır Bakıda olmamışdım"

“Qəbələ” ilə müqavilə imzalayan məşqçi Azərbaycan haqqında fikirlərini bölüşüb

Tanınmış rusiyalı məşqçi Yuri Syomin “Qəbələ” klubu ilə müqavilə bağladıqdan sonra müsahibə verib. Anspress-in Rusiya mətbuatına istiadən verdiyi xəbərə görə, “Qəbələ” ilə razılaşması barədə açıqlama vermək istəməyən məşqçi bəzi həll olunmalı məsələlərin qaldığını deyib.

Azərbaycan haqqında suala gəlincə məşqçi ölkəmiz barədə xoş sözlər deyib: “Mən çoxdandır Bakıda olmamışdım, şəhər çox dəyişib. Orada fövqəladə inkişaf gedir. Şəhər təmizdir, gözəl binalar tikilir. Hətta demək olar ki, yeni paytaxt salınıb. Balaca bir kurort şəhəri olan Qəbələ məndə xoş təəssüratlar yaratdı. Azərbaycanlılara gəlincə, mən onların qonaqpərvərliyini xüsusi qeyd etmək istəyirəm. Xalq çox qonaqpərvər, gülərüz və həqiqətpərəstdir. Mənim komandalarımda çoxlu azərbaycanlılar olub. Onlar əla uşaqlardır!”

Qaynar.info