İdman 13:50 25.08.2013

"Bakı" "Simurq"a belə divan tutdu - VİDEO


Topaz Premyer Liqasının IV turunda "Şəfa" stadionunda "Simurq" paytaxtın "Bakı" klubunu qəbul edib.

Qaynar.info xəbər verir ki, nominal meydan sahibləri ilk hissədə rəqib qapısından qol keçirə bilməyib. Qonaqlar hücum qursa da qapılara qol vurulmayıb və birinci hissə qolsuz bərabərliklə başa çatıb.

İkinci hissə başlayan kimi matçın 47-ci dəqiqəsində Mindauqas Kanolasın ötürməsini Cavid Hüseynov tora qovuşdurdu. Daha sonra matçın 58-ci dəqiqəsində Əfran İsmayılov fərdi ustalığı sayəsində fərqi iki topa çatdırdı. Oyunun 63-cü dəqiqəsində Pena penalti zərbəsini yerinə yetirə bilmədi. Oyunun sonunda - 93-cü dəqiqədə Rauf Əliyevin ötürməsi ilə Cavid özünün ikinci, komandasının üçüncü qoluna imza atdı və matç 0:3 hesabı ilə nominal qonaqların xeyrinə başa çatdı.




Premyer Liqa - 2013/14 mövsümü

IV tur
24 avqust


Simurq - Bakı 0:3

Qollar: Cavid Hüseynov, 47-93. Əfran İsmayılov, 58.

Qaynar.info