Sənət 19:01 29.04.2014

"Balaca adam"ın təqdimat mərasimi olacaq - FOTO

Mayın 4-də "Zero" Kitab Evində "Balaca adam" kitabının təqdimat mərasimi olacaq. 

"Balaca adam"da tanınmış yazar Zahir Əzəmətin 2006-2009-cu illərdə "Alma" qəzetində yayımlanan publisistik yazıları, esseləri toplanıb.

"Azərbaycan demokratiyaya doğru daha bir addım atdı" – hər beş ildən bir ölkəmizdə keçirilən seçkilərə sivil dünyanın verdiyi bu soyuqqanlı qiymət məzələnməkdən başqa bir şey deyil. Nə uzaqmış bu demokratiya? Beş ildən bir atdığımız tək addımla, ümumiyyətlə, nə zamansa o "uzaq yaşıl ada"ya qovuşa biləcəyikmi? Buna bir insan ömrü yetərlidirmi? Bütün emosiyaları bir kənara qoyub, suallarıma cavab tapmaq üçün adi bir hesablama apardım. Nəticələr gözlənilməz oldu. Siz də tanış olun…"

Toplayan və tərtib edən: Sevinc Çılğın; 

Redaktor: Şəmşad Ağa.

Təqdimat mərasimi mayın 4-də saat 15:00-da başlayacaq. Qeyd edək ki, "Zero" Kitab Evi "İstiqlaliyyət" küçəsi 71 ünvanında, Sabir Bağı ilə üzbəüz yerləşir.

Qaynar.info