"Barselona"nın transfer edəcəyi iki ulduz

"Barselona"nın transfer edəcəyi iki ulduz

 "Barselona"nın transfer etmək istədiyi iki ulduzun kimliyi müəyyənləşib. 

"Qaynarinfo" fanat.az-a istinadən xəbər verir ki, bunlardan biri Duqlas Kostadı.

Braziliyalı sol cinah oyunçusu 2015-ci ildə "Şaxtyor"dan "Bavariya"ya 30 milyon avroya transfer olunub. "Barselona"nın rəsmi təklif göndərməyə hazırlaşdığı futbolçu üçün almanlara hansı məbləği təklif edəcəyi açıqlanmır.

Kataloniya klubunun hədəfindəki digər Hektor Bellerindi. İspan futbolçu 2011-ci ildə "Barselona"dan "Arsenal"a 500 min avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 25 milyon avro qiyməti qoyduğu müdafiəçi üçün 45 milyon avronun təklif olunacağı deyilir.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR